
Bakı. Trend:
Bu cür layihənin həyata keçirilməsi dövlətin göstərdiyi dəstək
nəticəsində mümkün olub.
Trend xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən
kənar icraatlar idarəsinin rəisi Elnur Musayev “Rəqəmsal cinayət
prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən
konfransdan sonra jurnalistlərə açıqlamasında deyib.
İdarə rəisi bildirib ki, prokurorluq orqanları bu cür
layihələrin hazırlanması zamanı beynəlxalq təcrübələri öyrənib.
“Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının
vitse-prezidenti olduğuna görə layihənin hazırlanması zamanı dünya
prokurorluqları ilə əlaqə saxladıq, onların da təcrübəsi ilə
maraqlandıq. Hazırda təqdim olunan proqram Azərbaycanda sıfırdan
yazılıb. Şadıq ki, artıq layihə böyük rəğbətlə qarşılandı
Ümid edirik ki, Baş Prokurorluqda sınaqdan keçirilmiş proqram
digər istintaq orqanları da bu proqramdan istifadə edəcəklər.
hələki təkmilləşmə işləri görülür. O da vurğulanmalıdır ki, bu
proqram Azərbaycan məshuludur və proqramın gələciyini də uğurlu
olacağını düşünürük”.
Qeyd edək ki, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və
hədəflər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan
Respublikası Hesablama Palatası arasında sənəd imzalanıb.
20-dən çox dövlət rəsmisinin iştirak etdiyi konfransda
rəqəmsallaşmanın dövlət sturukturlarındakı əhəmiyyətindən danışılıb
və görülən işlər barəsində məlumat verilib.





























