
Bakı. Trend:
“Coursera” tədris proqramının Azərbaycan dilinə tərcümə olunması
planlaşdırılır.
Trend xəbər
verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və
Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “IT
Hub Azerbaijan” layihəsinin bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, ötən il 4SİM “4Sİ Akademiyası” (Dördüncü
Sənaye İnqilabı Akademiyası) layihəsini işə salıb.
“Bu təşəbbüs dördüncü sənaye inqilabı, o cümlədən, süni
intellekt, verilənlərin analitikası, blokçeyn, bulud
texnologiyaları sahəsində və digər istiqamətlər ixtisaslaşmasını
artırmaq istəyən 10 min nəfər üçün platforma təklif edir. Tədris
proqramının Azərbaycan dilinə tərcüməsi planlaşdırılır”, – o
deyib.
Qeyd edək ki, “Coursera” 275-dən yuxarı aparıcı universitet və
şirkətlərlə əməkdaşlıq edərək bütün dünyada fərdi şəxslər və
qurumlar üçün çevik, əlçatan və onlayn təlimlər təklif edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)


























