Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Drapatiyi Ukraynanın Quru Qoşunlarının komandanı təyin edib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Telegram” kanalında məlumat yayıb.
“General-mayor Mixail Drapatiy Xarkov istiqamətində müdafiəni uğurla təşkil edib və rus qoşunlarının hücum əməliyyatının qarşısını alıb”, – Zelenski qeyd edib.
O bildirib ki, Oleq Apostolu isə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini vəzifəsinə təyin edilib.


























