
Bakı. Trend:
Ötən gün İsrail HHQ-nin İranın Dəməşqdəki konsulluğuna hücumu
nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Trend bu barədə İran KİV-ə
istinadən məlumat verib.
Məlumata görə, nəticədə İranın 7 hərbi məsləhətçisi və 6 Suriya
vətəndaşı ölüb.
Bildirilir ki, indiyədək İranın hərbçiləri və 4 Suriya
vətəndaşının cəsədi uçqunlar altından çıxarılıb, 2 cəsədin
tapılaraq çıxarılması əməliyyatı davam etdirilir.
Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail
HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində İran İslam
İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə
komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd
Hacı Rəhimi ölüb.





























