
Bakı. Trend:
Taksi fəaliyyətinə nəzarət üçün “E-taksi” alt sistemi
yaradılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyindən məlumat verilib.
“Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi
üçün “AYNA” informasiya sistemində “E-taksi” alt sistemi yaradılıb.
Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt
rejimındə həmin sistemə ötürüləcək. Bununla yanaşı ərazidə fiziki
olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları
yoxlanılacaq”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin
daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki
göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i
təsdiqləyib.





























