Advertisement

“Crocus”dakı terror aktının bütün sifarişçiləri tapılacaq – Putin

Bakı. Trend:

“Crocus”dakı terror aktının bütün sifarişçilərini tapacağıq.

Trend xəbər
verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Daxili İşlər
Nazirliyinin kollegiya iclasından çıxışında deyib.

“Ölkəmizlə terror aktları ilə mübarizə aparmağa çalışırlar,
lakin bu ikitərəfli silahdır”, – o deyib.

Onun sözlərinə görə, Rusiyada fövqəladə hallara hazırlıq
artırılmalı və ictimai yerlər daha güclü mühafizə olunmalıdır.

Rusiya prezidenti bildirib ki, hakimiyyət hazırda “Crocus City
Hall”da törədilən terror aktı kontekstində bütün xidmət və
kommersiya təşkilatlarının fəaliyyətini qiymətləndirir.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin
Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan
naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun
konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr
Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City
Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o
cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün
tədbirlər yekunlaşıb.

“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə
ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham
olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin
Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına
yerləşdirilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun