
Bakı. Trend:
Milli Məclisinin 2024-cü il 5 aprel tarixli iclasının
gündəliyinə təklif olunan məsələlr açıqlanıb.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 21 məsələ
daxildir.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin
edilməsi haqqında.
2. M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
hakimi təyin edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən
azad edilməsi haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və
vəzifədən azad edilməsi haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və
vəzifədən azad edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi
haqqında.
7. Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və
vəzifədən azad edilməsi haqqında.
8. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında”
Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun
layihəsi (üçüncü oxunuş).
9. “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30
dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
10. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və
ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
11. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
12. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
13. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli
141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi
orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial
sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka
haqqında”, Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
18. “Media haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
19. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət
nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin
verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
20. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
21. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).





























