
Bakı. Trend:
Polşada qasırğa nəticəsində beş yerli sakin həlak olub.
Trend xəbər verir ki, bu
barədə Malopolska voyevodalığının yanğınsöndürmə briqadasının
nümayəndəsi kapitan Hubert Çepla məlumat verib.
Qeyd olunub ki, qasırğa ölkənin cənub bölgəsində baş verib.
“İkisi uşaq olmaqla ümumilikdə beş nəfər ölüb. Onların hamısı
qasırğa küləyinə görə yıxılan ağacların altında ölüb”, – deyə Şepla
vurğulayıb.
Ölkədə xilasetmə funksiyalarını yerinə yetirən bütün
yanğınsöndürən dəstələri 140 dəfə hadisə yerinə gediblər. Qasırğa
zamanı küləyin sürəti saatda 130 kilometrə çatıb.





























