Advertisement

Lunyov karyerasının çətin dövründən danışıb

Bakı. Trend:

“Qarabağ”ın qapıçısı Andrey Lunyov karyerasındakı çətin anlardan
danışıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, rusiyalı qapıçı “Bayer”də keçirdiyi dövrü
xatırlayıb.

Lunyov “Sport-Ekspress” nəşrinə müsahibəsində bunları deyib:
“Buna “Lunyovun dirçəlişi” deyə bilmirəm, çünki külə
çevrilməmişdim. Bəli, müəyyən dövlərdə belə hallar olur. Zədə
zamanı, ciddi rəqabət və rəqibinə güvən – bütün bunlar “Bayer”də
baş verib. “Qarabağ”da oynamaq şansı yarandı və Avropa kuboklarında
iştirak etmək imkanı qazandım”.

Qeyd edək ki, Lunyov “Qarabağ”ın heyətində 26 oyunda 35 qol
buraxıb. Rusiyalı qapıçı Azərbaycan çempionu titulunu qazanıb.