Advertisement

İsrail Qəzzanın cənub və şimalına zərbələr endirib, ölənlər var

İsrail Ordusunun Qəzza zolağının cənub və şimal hissələrinə endirdiyi zərbələr nəticəsində azı 6 fələstinli ölüb, çox sayda yaralı var.

APA xəbər verir ki, bu barədə Fələstinin “WAFA” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail döyüş təyyarələrinin Rəfah şəhərində avtomobili bombalaması nəticəsində 3 nəfər həlak olub.

Qəzzanın ətrafında bir evin bombalanması nəticəsində isə daha 3 dinc sakin həlak olub, bir neçə nəfər isə yaralanıb.

Agentlik bildirib ki, Qəzzanın şimal hissəsində israilli hərbçilər Cəbəliyə qaçqın düşərgəsində də bir neçə evi partladıblar.