Advertisement

Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə danışıqlar aparıb

Kremldə Rusiya prezidenti Vladimir Putin və Slovakiyanın Baş naziri Robert Fitso arasında danışıqlar başa çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının prezidenti ilə Slovakiyanın Baş naziri arasında aparılan danışıqlardan sonra media üçün birgə bəyanatın verilməsi nəzərdə tutulmayıb.

***

20:32

Rusiya prezidenti Vladimir Putin Kremldə Slovakiyanın Baş naziri Robert Fitso ilə danışıqlar aparır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Rossiya” kanalının müxbiri Pavel Zarubin məlumat yayıb.

O, öz “Telegram” kanalında görüşdən kadrlar nümayiş etdirib.