
Livan qoşunları Beyrutdan 20 km cənubda, Əl-Nəam yüksəkliklərində yerləşən Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin – Baş Komandanlığın bazasını ələ keçirib.
APA xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbçilər xüsusi yaradılmış tunellərdə yerləşən hərbi texnika, silah və sursatları müsadirə ediblər.
























