Bakı. Trend:
İsrail Dəməşqdəki İran konsulluğuna raket hücumu barədə ABŞ-ı
əvvəlcədən xəbərdar etməyib.
Trend-in
məlumatına görə, bunu ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibinin
müavini Sabrina Sinq deyib.
Sinq, həmçinin bildirib ki, ABŞ Dəməşqdə bu zərbəni həyata
keçirməyib.
Qeyd edək ki, aprelin 1-də İsrail Suriyanın paytaxtının
qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket
zərbəsi endirib, nəticədə azı 6 nəfər həlak olub.




























