Advertisement

Bakıda “Toyota” markalı minik avtomobili yanıb

Bakı şəhərinin Xəzər rayonunda “Toyota” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.