Advertisement

Ermənistan-Gürcüstan sərhədindəki pirotexnika anbarında yanğın olub, xəsarət alanlar var

Ermənistanın Gürcüstanla sərhədindəki “Baqrataşen” nəzarət buraxılış məntəqəsində pirotexniki vasitələrin saxlandığı anbarda yanğın baş verib.

APA-nın “Armenia Today” portalına istinadən xəbərinə görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, yanğın nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.