Advertisement

Ötən ay Mərkəzi Bankın hərraclarında Neft Fondunun satdığı valyutanın həcmi açıqlanıb

Bakı. Trend:

Azərbaydan Dövlət Neft Fondu (SOFAZ) mart ayında Mərkəzi Bankın
valyuta hərraclarında 498,3 ABŞ dollarının satışını həyata
keçirib.

Trend bu
barədə SOFAZ-a istinadən xəbərn verir.

Fevral ayında satışların həcmi 920,5 milyon ABŞ dolları, yanvar
ayında isə 411 milyon ABŞ dolları olub.

Bu növ əməliyyatlar SOFAZ-ın Azərbaycanın dövlət büdcəsi
qarşısında öhdəliklərinin icrası çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, SOFAZ 1999-cu ildə yaradılıb və həmin dövrdə onun
aktivləri 271 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu haqqında əsasnaməyə əsasən, onun vəsaiti
strateji əhəmiyyətli infrastruktur obyektlərinin tikintisi və
yenidən qurulmasına, habelə mühüm ümummilli problemlərin həllinə
yönəldilə bilər.

SOFAZ-ın əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi
təsirləri minimuma endirmək üçün vəsaitlərin toplanması və fond
vəsaitlərinin xaricdə yerləşdirilməsi, gələcək nəsillər üçün
vəsaitlərin toplanması və ölkədə cari sosial-iqtisadi proseslərin
saxlanılması.

Aprelin 3-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun