Advertisement

Almaniya Ukraynaya yeni yardım paketi hazırlayır

Almaniyanın müdafiə naziri Boris Pistorius nazirliyin Ukraynaya yeni hərbi yardım paketi hazırladığını deyib.

APA xəbər verir ki, bu haqda o, “Der Tagesspiegel” qəzetinə açıqlamasında danışıb.

O həmçinin “Der Spiegel” qəzetinin kansler Olaf Şoltsun ona mane olması ilə bağlı xəbərləri də təkzib edib.

“Heç bir maneə yoxdur. Biz Müdafiə Nazirliyində Ukraynaya yeni yardım paketi hazırlamışıq”, – deyə o bildirib.

Bundan başqa Pistorius Almaniya hökumətinin sadəcə olaraq təsdiqləmə prosesini hələ başa çatdırmadığını bildirib.