
Bakı. Trend:
“Qarabağ”ın futbolçusu Kevin Medina xoşagəlməz hadisə ilə
üzləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu kolumbiyalı müdafiəçi öz instaqram
səhifəsində paylaşıb.
Hadisə Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Neftçi” ilə
ilk oyunundan sonra yaşanıb. Azarkeşlər futbolçunun avtomobilinə
hücum ediblər və ona ziyan vurublar.
Medina onlara müraciət edərək belə hərəkətlərə yol verməməyə
çağırıb: “Bu mənim maşınımın oyundan sonra hal-hazırkı
vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması və
hörmət etməsi lazımdır. Mənim ailəm maşında ola bilərdi və bu mənim
üçün təhlükəli hal idi. Öz adımdan xahiş edirəm ki, bir daha heç
kim üçün belə təhlükəli vəziyyət yaratmayın”.
Qeyd edək ki, “Qarabağ” səfər matçında 4:0 hesablı qələbə
qazanıb.





























