
ABŞ Maliyyə Nazirliyi defoltun qarşısını almaq üçün yanvarın 21-də təcili tədbirlər görməyə başlayacaq.
APA xəbər verir ki, bu barədə ABŞ administrasiyasının departament rəhbəri Canet Yellenin cümə günü Konqres Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərdiyi məktubda deyilir.
“Bu məktubla Maliyyə Nazirliyinin yanvarın 21-də görməyə başlayacağı fövqəladə tədbirlər barədə məlumat verirəm”, – Yellen deyib.
Yellenin bəyanatına görə, qurumun bəzi müavinətlərin ödənilməsi üçün vəsaitin ayrılmasını dayandıracaq.





























