Advertisement

“WhatsApp”dan növbəti yenilik – Trend.Az

Bakı. Trend:

“WhatsApp” statusunda digər insanları etiketləmək funksiyasını
istifadəyə verib.


Trend
-in məlumatına görə, “WhatsApp”ın 24.7.10.71 kodlu
tətbiqinin “iOS” beta versiyasında ortaya çıxan bu xüsusiyyət
istifadəçilərə status paylaşarkən başqa şəxsləri etiketləməyinə
imkan verəcək.

Belə ki, “WhatsApp” istifadəçiləri status paylaşarkən kontakt
siyahısındakı bir və ya bir neçə istifadəçini etiketləyə
biləcəklər. Etiketlənən şəxslər bu barədə bildiriş alsalar da,
digər şəxslər bu haldan xəbər tutmayacaq.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki,
funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı
hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan
istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq
üçün “WhatsApp”dan istifadə edir. “WhatsApp” ödənişsizdir və bütün
dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı
mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun