
Bakı. Trend:
Ermənistan iqtisadiyyatı “Mir” kartlarından imtinaya görə ciddi
itkilər yaşayacaq.
Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.
“Təəssüf hissi ilə bildiririk ki, İrəvan bu məsələdə də Qərbin
təzyiqinə tabe oldu. Ölkə iqtisadiyyatı ciddi itkilər yaşayacaq”, –
o deyib.
Qeyd edək ki, martın 30-dan Ermənistanda “Armenian Card” (ArCa)
illi ödəniş sisteminin iştirakçısı olan bankların əksəriyyəti
Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.
Ermənistanın “Armenian Card” (ArCa) ödəniş sistemi “Mir”
kartlarının operatoru olan Milli Ödəniş Kartları Sistemini qərar
barədə əvvəlcədən məlumatlandırıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























