Advertisement

Qarabağdan 2 nəfər Ermənistana köçürülüb – Beynəlxalq Qızıl Xaç Komitəsi

Bakı. Trend:

Qarabağdan 2 nəfər Ermənistana köçürülüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Beynəlxalq Qızıl Xaç
Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Qeyd edilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi, neytral humanitar
təşkilat olaraq 29 mart tarixində, 2 nəfərin öz xahişi və aidiyyəti
qurumların razılığı ilə Qarabağdan Ermənistana köçürülməsinə dəstək
verib.