
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi
general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması
başa çatıb.
Trend xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində
keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Tofiq Həsənov külli miqdarda rüşvət almaqda
təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində
çəkməsi şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, onun general rütbəsindən məhrum edilməsi üçün
təqdimat verilib.
Qeyd edək ki, Tofiq Həsənov ötən il Dövlət Təhlükəsizliyi
Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb.
Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və
rüşvətalmada təqsirləndirilən general haqda həbs qətimkan tədbiri
seçilib.





























