Advertisement

Ohayo ştatında silahlı insident olub bir nəfər ölüb, beş nəfər yaralanıb

ABŞ-nin Ohayo ştatında silahlı insident olub ən azı bir nəfər ölüb, beş nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Qeyd edilib ki, hadisə, Ohayo ştatının New Albany şəhərində, kosmetik anbarda baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır. İnsidentin səbəbləri və atəş açanın şəxsiyyəti məlum deyil.