
Bakı. Trend:
İsraildə yəhudilər və ermənilər arasında qarşıdurma olub.
Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, üç yəhudi polisin müşayiəti ilə Qüdsdə
ermənilərin yaşadığı “İnəklər bağı” (“Koveru partez”) məhəlləsinin
hasarlarını dağıdaraq əraziyə daxil olublar. Bu zaman orada yaşayan
ermənilərlə yəhudilər arasında qarşıdurma yaşanıb.
Vurğulanıb ki, 2021-ci ilin iyul ayında Qüds Erməni Patriarxlığı
“Xana” şirkəti ilə müqavilə bağlayaraq, “İnəklər bağı” məhəlləsində
lüks hotel tikməyə icazə verib, lakin sonradan erməni icmasının
etirazından sonra müqaviləni ləğv edib.





























