Advertisement

Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirib

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, aprelin 3-də ABŞ Dövlət katibi Antoni
Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng
edib.

Trend xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Prezident
İlham Əliyevlə telefon danışığı zamanı 5 aprel görüşünün
Azərbaycana qarşı olmadığını bildirib.

Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan
arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə
narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda
Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini
vacib hesab etdiyini deyib.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın
iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə
çatdırıb.

Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün
Azərbaycana qarşı olmadığını vurğulayıb.