Advertisement

Prezident İlham Əliyev: COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır

Bakı. Trend:

COP29 Azərbaycan-ABŞ arasında əməkdaşlıq üçün yaxşı imkanlar
yaradır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ dövlət
katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı
çərçivəsində keçirilmiş görüşdə müzakirə olunan istiqamətlər üzrə
Azərbaycanın da ABŞ ilə ikitərəfli əlaqələrinin inkişafında maraqlı
olduğunu, COP29-un iqlim dəyişikliyi məsələləri və yaşıl
texnologiyalar sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı
imkanlar yaratdığını bildirib.