Advertisement

Bakının iki rayonunda qaz kəsiləcək

Bakı. Trend:

Bakının Səbail və Xətainin bir hissəsinin qaz təchizatı
dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Elşən
İsmayılov küçəsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv
olunması, Xətai rayonunun R.Əsgərov küçəsi 39 və S. Mehmandarov
küçəsi 94 A ünvanlarında qaz xəttinin yerinin dəyişdirilməsi ilə
əlaqədar 04.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz
təchizatı dayandırılacaq.

Vurğulanıb ki, təmir işləri aparılan müddətdə Səbail rayonunun
Bayıl qəsəbəsinin və Xətai rayonunun R.Əsgərov, S. Mehmandarov,
Ə.Şıxlinski küçələrinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.