Advertisement

“Neftçi”nin sabiq baş məşqçisi 2 aydan sonra istefa verdi

Bakı. Trend:

“Neftçi”nin sabiq rumıniyalı baş məşqçisi Adrian Mutu yenidən
işsiz qalıb.

Trend-in İdman.biz
istinadən xəbərinə görə, yerli ÇFR-i çalışdıran mütəxəssis istefa
verib.

Buna səbəb Rumıniya kubokunun 1/4 final mərhələsində səfərdə
2-ci liqa klubu “Hunedoara”ya məğlubiyyət olmasıdır. Kluj
təmsilçisi 0:4 hesablı darmadağına üzülüb.

Qeyd edək ki, “Neftçi”dən ayrıldıqdan sonra ÇFR-ə rəhbərlik
etməyə başlayan Mutunun bu klubda fəaliyyəti cəmi 2 ay 4 gün
çəkib.