
Bakı. Trend:
Son zamanlar sosial şəbəkələr üzərindən Azərbaycanın aparıcı
korporativ maliyyə institutu “PAŞA Bank” adından istifadə edilərək
maddi maraq qarşılığında işə düzəltmə, investisiya imkanları,
müalicə ianələri və digər bu kimi mövzular ilə bağlı saxta
məlumatlar paylaşılır.
“PAŞA Bank” vətəndaşlara bu paylaşımlara inanmamağı, şübhəli
mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil
olmamağı, bank və şəxsi məlumatlarını bölüşməməyi tövsiyə edir.
Nəzərə çatdırırıq ki, vətəndaşlar “PAŞA Bank”a aid olan
məlumatları əldə etmək üçün yalnız bankın rəsmi informasiya
mənbələrinə etibar edə bilərlər.
“PAŞA Bank”a aid olan rəsmi veb-saytlar:
“PAŞA Bank”a aid olan rəsmi sosial şəbəkə hesabları:
“Facebook”
“Instagram”
“LinkedIn”
Digər sosial şəbəkələr:
“PAŞA Bank”ın rəsmi veb-saytı və sosial şəbəkə hesabları kimi
təqdim olunan istənilən hər hansı digər internet resursları
saxtadır və onların banka heç bir aidiyyəti yoxdur.
Bank vətəndaşlarımızı diqqətli olmağa, bu cür saxta elanlara və
məlumatlara inanmamağa çağırır və aşağıda sadalanan tövsiyələrə
riayət etməyi xahiş edir:
– “PAŞA Bank”ın rəsmi loqotipi, rəsmi təmsilçilərinin
şəkillərini istifadə edən, lakin yuxarıda sadalanan mənbələrə aid
olmayan internet resurslarına etibar etməyin;
– Şübhəli mənbələrdə rastlaşdığınız mesajların tərkibindəki
keçidlərə daxil olmayın, bank və digər şəxsi məlumatlarınızı daxil
etməyin;
– Elan saytlarında yerləşdirilən məlumatlarla tanış olan zaman
maksimum diqqətli olun və bank kartlarında olan məlumatları qarşı
tərəfə təqdim etməyin.



























