Advertisement

Zərdabda ikimərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Zərdab rayonunun Cilovxanlı kəndində ümumi sahəsi 360 m² (hər
mərtəbəsi 180 m²) olan ikimərtəbəli 9 otaqlı evin dam örtüyünün və
6 otağının yanar konstruksiyaları 285 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi
yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.