Advertisement

Azərbaycan gimnastları Avropa çempionatının finalına yüksəliblər

Bakı. Trend:

Portuqaliyanın Gimrayanş şəhərində böyüklər və gənclər arasında
tamblinq, batut və ikili mini-batut gimnastikası üzrə Avropa
çempionatı start götürüb.

Trend xəbər verir ki, turnirin ilk günündə Azərbaycan
tamblinqçiləri uğurlu çıxış ediblər.

Yığmanın üzvləri Mixail Malkin və Tofiq Əliyev yüksək nəticə ilə
adlarını finala yazdırıblar. Mixail Malkin, Tofiq Əliyev, Adil
Hacızadə və Bilal Qurbanovdan ibarət heyət komanda yarışlarında
finala vəsiqə qazanıb.

Gənclərin yarışında isə Əli Niftəliyev yarımfinala vəsiqə
qazanıb.

Qeyd edək ki, Avropa çempionatına aprelin 7-də yekun
vurulacaq.