Advertisement

Türkiyədə avtomobil qəzasında yeddi nəfər xəsarət alıb

Bakı. Trend:

Türkiyənin Tekirdağ bölgəsində baş verən avtomobil qəzasında
yeddi nəfər xəsarət alıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, hadisə iki
avtomobilin toqquşması nəticəsində baş verib.

Hadisə yerinə təcili tibbi yardım, polis qrupları cəlb
edilib.

Qəzada yaralananlar tez bir zamanda xəstəxanaya çatdırılıb.