Advertisement

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi azalıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla MDB ölkələri
arasında ticarət dövriyyəsinin dəyəri 909 milyon 791 min ABŞ
dolları təşkil edib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu,
ötən ilin eyni dövrünə nisbətən 17,5 % azdır.

İki ayda Azərbaycanla MDB ölkələri arasında 223 milyon 483 min
ABŞ dolları dəyərində (illik müqayisədə 15,6 % az) ixrac, 686
milyon 308 min ABŞ dolları dəyərində (18% az ) idxal əməliyyatları
həyata keçirilib.

Hesabat dövründə MDB ölkələrinin Azərbaycanın ümumi ixracında
payı 4,7 %, ümumi idxalında payı isə 28,05 % təşkil edib.

Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq
Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstanla
formalaşıb.

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 591
milyon 253 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 155 milyon
131 min ABŞ dolları, idxalın dəyəri isə 436 milyon 122 min ABŞ
dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 22,3 % , ixrac 20,8 %,
idxal isə 22,9 % azalıb.

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin dəyəri 74
milyon 411 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 5 milyon 423
min ABŞ dolları, idxalın dəyəri isə 68 milyon 988 min ABŞ dolları
təşkil edib. İl ərzində ticarət dövriyyəsi 15,2 %, ixrac 9,2 %,
idxal isə 58,9 % artıb.

Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 72
milyon 16 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 20 milyon 778
min ABŞ dolları, idxalın dəyəri isə 51 milyon 238 min ABŞ dolları
olub. Son 1 ildə ticarət dövriyyəsi 20,8 %, ixrac 5,8 %, idxal isə
28,3 % artıb.

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin dəyəri 53
milyon 943 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 7 milyon 272
min ABŞ dolları, idxalın dəyəri isə 46 milyon 671 min ABŞ dollar
olub. İl ərzində ticarət dövriyyəsi 45,9 %, ixrac 63,8 %, idxal isə
41,4 % azalıb.

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin dəyəri 23
milyon 122 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 3 milyon 878
min ABŞ dolları, idxalın dəyəri isə 19 milyon 244 min ABŞ dolları
olub. Son 1 ildə ticarət dövriyyəsi 0,4 % artıb, ixrac 28,8 %
azalıb, idxal isə 9,4 % artıb.

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin dəyəri
19 milyon 678 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 18 milyon
159 min ABŞ dolları, idxalın dəyəri isə 1 milyon 519 min ABŞ
dolları olub. İl ərzində ticarət dövriyyəsi 6 dəfə, ixrac 8,5 dəfə,
idxal isə 32,8 % artıb.