Advertisement

Bu, Qurban Qurbanova zərbə ola bilər – Ceyhun Sultanov (VİDEO)

Bakı. Trend:

Bu gün Qurban Qurbanovun başqa kluba getməyi nəyi dəyişəcək?
Zənn edək ki, “Latsio”nun baş məşqçisi təyin edildi, nə
olacaq?.

Trend xəbər verir ki, bunu
“İdman Bizdə” verilişinin qonağı olan Azərbaycan millisinin sabiq
futbolçusu Ceyhun Sultanov deyib.

Veteran futbolçu Avropanın diqqət mərkəzində olan Qurban
Qurbanovun “Qarabağ”dan getməsini istəmir. O, 10 qat Azərbaycan
çempionu komandada getsə və yeni klubunda uğurlu olmasa, burda
qurduğu struktur da çökəcək: “Sən bu gün Azərbaycan futbolunda
uğurlu olmaqla, Avropada özünü tanıdırsan. Artıq onu da, “Qarabağ”ı
da tanıyırlar. Nə ehtiyac ola bilər ki, qurduğun strukturu
dağıdasan? Həm bizim futbola, həm də özünə zərbə ola bilər. Mən bu
gün istəmərəm ki, o, “Qarabağ”dan Avropanın hansısa klubuna
getsin”.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ” bu
mövsüm Avropa Liqasında 1/8 finala yüksəlməyi bacarıb.

https://www.youtube.com/watch?v=lRiJPI-BwOg