Advertisement

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması şərtdir – Çavuşoğlu

Bakı. Trend:

Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq.

Trend xəbər verir ki, Türkiyə
Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri
Mövlud Çavuşoğlu Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarəti
zamanı jurnalistlərə açıqlamasında deyib.

“44 günlük Vətən Müharibəsində də, indi sülh prosesində də
Azərbaycanın yanındayıq. Bölgənin sabitliyi üçün tezliklə sülhün
imzalanması lazımdır. Antalya Diplomatiya Forumu çərçivəsində
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb, bu fikri
ona çatdırdım”, – deyə o bildirib.

Xəbər yenilənəcək