
Bakı. Trend:
Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşı, mehriban qonşusu
və etibarlı müttəfiqidir.
Trend xəbər
verir ki, bu barədə Rusiya Federasiyası və Azərbaycan Respublikası
arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü
münasibətilə Rusiyanın Azərbaycandakı səfirliyinin yaydığı
bəyanatda deyilir.
“İki ölkənin münasibətlərinin təməlində bərabərhüquqluluq və
mehriban qonşuluq prinsipləri, əsrlik dostluq və qarşılıqlı hörmət
ənənələri dayanır. Dövlətlər arasında qarşılıqlı fəaliyyətin
inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və
təhlükəsizliyin möhkəmlənməsinə imkan yaradır. Əməkdaşlığın
təməlini 200-dən çox dövlətlərarası, hökumətlərarası, idarələrarası
və regionlararası müqavilə və sazişlər təşkil edir. Rusiya
Federasiyası və Azərbaycan Respublikası arasında 2022-ci il
fevralın 22-də Moskvada imzalanmış Müttəfiqlik Bəyannaməsi
ikitərəfli münasibərləri yeni səviyyəyə çıxarıb”, – bəyanatda
deyilir.
Qeyd olunub ki, yüksək səviyyədə, xarici siyasət idarələrinin
xəttilə, mühüm idarələrin rəhbərləri səviyəsində, eləcə də
parlament xəttilə siyasi dialoq aktiv inkişaf edir.
“Ticari-iqtisadi əməkdaşlıq uğurla irəliləyir. 2023-cü il
ərzində ikitərəfli əmtəə dövriyyəsi 17,5 faiz artıb. Rusiya
Azərbaycanəın aparıc ticari-iqtisadi tərəfdaşlarından biri olaraq
qalır. Azərbaycan Respublikasının ərazisində Rusiyanın iştirakı ilə
müxtəlif investisiya layihələri reallaşdırılır. Sahibkar birlikləri
arasında, o cümlədən kiçik və orta biznes xəttilə təmaslar
genişləndirilir. İkitərəfli əlaqələrin mühüm elementini İqtisadi
Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təşkil edir.
Regionlararası əlaqələr ikitərəfli münasibətlərin prioritet tərkib
hissəsidir. Bu istiqamətdə Moskva, Sankt-Peterburq, Astraxan,
Dağıstan və Tatarıstan xüsusən aktivdir. Rusiya-Azərbaycan strateji
tərəfdaşlığı və müttəfiqliyinin gələcək inkişafında qarşılıqlı
maraq müşahidə olunur”, – bəyanatda deyilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























