
Bakı. Trend:
Sizin yerli Avropa bankınız – AccessBank, ölkəmizin
regionlarında qadın sahibkarlara dəstək layihəsinə qoşulub.
AccessBank qadınlara sahibkarlıq sahəsində uğur qazanmaq üçün lazım
olan məsləhət xidmətləri, resurslar və kommunikasiya imkanları
yaradır.
«Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri» layihəsi
ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilir və
Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) tərəfindən AccessBank-ın
dəstəyi ilə həyata keçirilir. Layihə 2022-ci ilin oktyabr ayından
başlayıb və 2024-cü ilin sentyabr ayına qədər davam edəcək. Layihə
çərçivəsində Bakı, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Salyan və
Şəkidə (kəndlər daxil olmaqla) təlimlər təşkil edilir.
Layihənın məqsədləri qadınların bilik və bacarıqlarını inkişaf
etdirərək peşəkar şəbəkələr yaratmaqla onların sahibkarlıq
fəaliyyəti və ya keyfiyyətli işlərdə iqtisadi imkanlarını artıraraq
sosial-iqtisadi iştirakı və liderliyinə dəstək göstərmək,
qadınların ehtiyac və istəkləri əsasında sahibkarlıq və biznes
bacarıqlarını gücləndirmək, və onların davamlı cəmiyyətlə əlaqəsini
gücləndirməkdən ibarətdir.
İndiyə kimi Salyanda keçirilən təlimə 9 nəfər, Xaçmazda – 18
nəfər, Bakıda isə 19 nəfər cəlb edilib. Xaçmaz şəhərində 10 gün
davam edən “Qadınlar bizneslə məşğul olur” təlim kursunda liderlik,
kommunikasiya, maliyyə və satışın proqnozlaşdırılması, marketinq,
maliyyə planı, biznes planı kimi mövzular keçirilib. Əlavə olaraq,
AccessBank-ın Baş Ofisində qadınlar üçün “Biznesdə stresin idarə
edilməsi” mövzusunda təlim keçirilib, xanımlara stresli
situasiyalarda davranış qaydaları və stres ilə mübarizə yolları
barədə məlumat verilib.
AccessBank tərəfindən təlimçi qismində Marketinq departamentinin
rəhbəri Yuliya Jurenkova və Mikro və Aqro müştərilər üzrə Menecer
Elməddin Hacıyev cəlb ediliblər.
“Layihədə iştirakımız korporativ sosial məsuliyyət tədbirlərinin
tərkib hissəsidir. Biz, Azərbaycanda sahibkarlığın potensialının
inkişafına daim dəstək oluruq. Təlimlərin gedişatı və nəticələr
kifayət qədər uğurludur, biz, bundan sonra da qadın sahibkarları
bizneslərini uğurla inkişaf etdirmək üçün lazımi resurs və
biliklərlə təmin edəcəyik. Bu, mühüm layihəyə töhfə verən və
əməkdaşlıq edən hər kəsə təşəkkürümü bildirirəm”, – AccessBank-ın
İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.



























