Advertisement

Azərbaycan millisindən 32 ayın rekordu

Bakı. Trend:

Azərbaycan millisi son 32 ayın rekorduna imza atıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, yığmamız FİFA reytinqində son 2 il 8 ayda
ən yüksək pilləyə qalxıb.

Komandamız bu gün açıqlanan cədvəldə 1177,83 xalla dünyanın
112-cidir. Yığmamız sonuncu dəfə 2021-ci ilin avqustunda 112-ci
sırada olub. Həmin ilin mayında isə millimiz daha yüksək – 110-cu
pillədə qərarlaşıb.

Qeyd edək ki, komandanın bu 32 aydakı ən zəif göstəricisi
2022-ci ilin martındakı 129-cu yer olub.