Advertisement

Bakıda “Ocaq Sport” klubunun açıq birincilik yarışlarına start verilib (FOTO)

Bakı. Trend:

Bakı Olimpiya İdman Kompleksində 4-cü “Ocaq Sport” klubunun
bədii gimnastika üzrə açıq birincilik yarışlarına start
verilib.

Trend xəbər
verir ki, yarışlarda “Ocaq Sport” klubunun təmsilçiləri ilə yanaşı,
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika
Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdmanı Sarayı, və
Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, “Ocaq
Sport” klubunun Hövsan bölməsi və Şağan Olimpiya İdman Kompleksinin
yetirmələri də iştirak edir. Yarışlarda bütünlükdə 180-dən çox
gimnast iştirak edir.

Yarışlar balalar (2017-2018-ci il), uşaqlar (2014-2016-cı il),
yeniyetmələr (2011-2013-cü il) və gənclər (2009-2020-cu il) yaş
kateqoriyaları üzrə keçirilir. Fərdi proqramda çıxış edən
gimnastlarla yanaşı, birincilikdə 2017-2018, 2014-2016,
2013-2012-ci il təvəllüdlü idmançılardan ibarət komandalar qrup
hərəkətləri ilə çıxış edirlər.

“Ocaq Sport” klubunun bədii gimnastika üzrə açıq birinciliyi 4-6
aprel tarixlərində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun