Advertisement

Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri, bu sahədə fəaliyyət göstərən QHT-lər birgə bəyanat yayıb

Bakı. Trend:

Biz – Ermənistanın mina terrorundan zərərçəkənlər, mina
qurbanlarının ailə üzvləri, bu sahədə fəaliyyət göstərən QHT-lər 4
aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə
Yardım Günündə birgə bəyanat verərək beynəlxalq ictimaiyyəti
BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya”
məqsədinin elan edilməsi üçün səfərbərliyə çağırırıq. Dünyada 60
milyon insan hələ də mina təhlükəsi altındadır.

Azərbaycan Ermənistanın mina müharibəsindən əziyyət çəkir, mina
ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Azərbaycan
torpaqlarının bir hissəsini uzun illər işğal altında saxlamış
Ermənistan bu ərazilərdə 1.5 milyondan çox mina basdırıb, ərazi
digər partlayıcı sursatlarla kəskin çirkləndirilib. Biz beynəlxalq
ictimaiyyəti Ermənistanı mühakimə etməyə və Azərbaycana humanitar
minatəmizləmə fəaliyyətində dəstək olmağa çağırırıq.

Ermənistanın mina terroru nəticəsində 1991-ci ildən bu günə kimi
3429 nəfər azərbaycanlı minadan zərər çəkib. Onların əksəriyyəti
mülki şəxslərdir – 358 nəfəri uşaqlar və gənclər, 38 nəfəri isə
qadınlardır.

Yalnız son 1 ay ərzində 3 nəfər Tərtər və Ağdamda minaya düşüb,
onlardan 2-si gəncdir – birinin 18, digərinin 29 yaşı var.

Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı
müharibədir. Azad edilmiş ərazilərdəki yaşayış evlərində,
qəbristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o
cümlədən tələ minalar buna sübutdur. Hətta bir sıra kütləvi
məzarlıqların ətrafı minalanıb. Doğmalarının qalıqlarını illərin
həsrətindən sonra bu yerlərdə tapmağa çalışan, ziyarətə gələn
insanlar üçün minalar basdırılıb. Bu, bəşəri cinayətdir.

Bütün çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilər
barədə dəqiq məlumatları, xəritələri təqdim etmir. Verilmiş əksər
xəritələrin saxta və etibarsızlığını son dövrlərdəki mina
hadisələrinin mütləq əksəriyyətinin bu xəritələrdən kənarda baş
verməsi də sübut edir. Bu fəaliyyət heç bir halda sülhə xidmət
etmir.

2020-ci ildə 44 günlük müharibədən sonra – Azərbaycanda mina
hadisələrindən ölən şəxslərin 77%-i mülki şəxslərdir. 2020-ci ilin
10 noyabrından ötən dövr ərzində 350 nəfər azad edilmiş ərazilərdə
minaya düşüb, onlardan 65 nəfər həyatını itirib, 285 nəfər xəsarət
alıb.

Mina məsələsi bu gün Azərbaycanın ən böyük probleminə çevrilib.
Ermənistanın 30 illik talan və dağıntılarından sonra Azərbaycan
dövləti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda
genişmiqyaslı bərpa və quruculuq işləri aparır, keçmiş köçkünləri
yurdlarına qaytarır. Lakin mina təhdidi bu prosesə ciddi əngəldir,
vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyidir.

Biz – Ermənistanın mina terrorundan zərərçəkənlər, mina
qurbanlarının ailə üzvləri və bu sahədə fəaliyyət göstərən
QHT-lərin təmsilçiləri olaraq, vətəndaşları azad edilmiş ərazilərdə
hərəkət zamanı təhlükəsizlik qaydalarına tam riayət etməyə,
ümumişlək olmayan ərazilərə daxil olmamağa və təhlükə bildirən
bütün işarələrə diqqətlə yanaşmağa çağırırıq.

Bu gün Azərbaycan dövləti minatəmizləmə fəaliyyətini demək olar
ki, tam şəkildə daxili resursları hesabına aparır. Biz beynəlxalq
ictimaiyyəti, beynəlxalq təşkilatları Azərbaycanla humanitar
minatəmizləmə işində yaxından əməkdaşlıq etməyə çağırırıq. Biz son
vaxtlar qadınların da sıralarında yer aldığı, olduqca riskli sahəni
əhatə edən, lakin çox şərəfli peşə olan minatəmizlə işini aparan
qəhrəmanları, fədakarları alqışlayırıq!

Qarabağ və Şərqi Zəngəzurda minalanmış geniş sahələr ekologiya
və ətraf mühitə, kənd təsərrüfatına da böyük zərbədir. Bu, ekoloji
fəsadların yaranmasına, flora və faunanın pozulmasına, torpaq
sahələrinin qeyri-səmərəli istifadəsinə səbəb olur.

Biz inanırıq ki, gün gələcək ki, Qarabağ və Şərqi Zəngəzur
minadan azad bölgə elan olunacaq. Bu, bölgədə təhlükəsizlik,
qayıdış və rifah üçün başlıca şərtdir.

Biz dünya ictimaiyyətinə üz tutaraq bu günü yaxınlaşdırmaq üçün
Azərbaycana hərtərəfli dəstək olmağa, BMT-nin 18-ci Dayanıqlı
İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün
ardıcıl fəaliyyətə çağırırıq.

İmzalar:

1. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu;

2. Hafiz Səfixanov – “Minalar Əleyhinə Azərbaycan Kampaniyası”
İctimai Birliyi;

3. Rey Kərimoğlu – Azərbaycan Minadan Zərərçəkənlərin
Assosiasiyası;

4. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondu;

5. Rauf Zeyni – Qeyri-Hökumət Təşkilatlarının Milli Forumu;

6. Azər Allahverənov – “Avrasiya” Miqrasiya Təşəbbüsləri
Platforması İctimai Birliyi;

7. Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar
Mərkəzi İctimai Birliyi;

8. Novella Cəfəroğlu – D.Əliyeva adına Azərbaycan Qadınlarının
Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi;

9. Sevinc Orucova – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai
Birliyi;

10. Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai
Birliyi;

11. Davud Rəhimli – Əlil Təşkilatları İttifaqının sədri;

12. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti
Azərbaycan Milli Bölməsi” İctimai Birliyi;

13. Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi
İctimai Birliyi;

14. Sahib Məmmədov – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə
Liqası;

15. Amin Məmmədov – “Sudan istifadə sahəsində mütəxəssislər”
İctimai Birliyi;

16. Rəşad Mehdiyev – “Gilavar Foto Klubu” İctimai Birliyi

17. Müqabil Bayramov – “Azərbaycan Kartoqrafları İctimai
Birliyi;

18. Təvəkkül İsgəndərov – “Bioloji Müxtəliflik Mərkəzi” İctimai
Birliyi

19. Çingiz Qənizadə – “Demokratiya və İnsan Hüquqları Komitəsi”
İctimai Birliyi;

20. Qorxmaz İbrahimli – “Biosfer” İctimai Birliyi;

21. Anar Xəlilov – “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai
Birliyi;

22. Əhməd Abbasbəyli – “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin
İnkişafı” İctimai Birliyi;

23. Nadir Cəfərov – “Çıraq” Humanitar İctimai Birliyi;

24. Aydın Kərimov – Müstəqil Hüquq Mərkəzi İctimai Birliyi;

25. Asəf Əliyev – “Qarabağ qaziləri” İctimai Birliyi

26. Mehdi Mehdiyev – “Qarabağ müharibəsi əlilləri, veteranları
və şəhid ailələri” İctimai Birliyi;

27. Mirhəsən Həsənov – Çernobıl Əlillər İttifaqı;

28. Füzuli Rzaquliyev – Azərbaycan Vətən Müharibəsi Veteranları
İctimai Birliyi;

29. Zaur Quliyev – “Beyləqan Gənclərinin Maarifləndirilməsi və
Sosial İnkişafı” İctimai Birliyi;

30. İradə Həsənova – “Səma və Eko” Sosial İqtisadi İnkişafa
Yardım İctimai Birliyi;

31. Səməd Vəkilov – “Müvəkkil Hüquq Mərkəzi” İctimai
Birliyi;

32. Minadan zərərçəkən Məmmədov Zabil Əlastan oğlu;

33. Minadan zərərçəkən Məmmədzadə Vidadi Vəli oğlu;

34. Minadan zərərçəkən Zeynalov Telman Bəbir oğlu;

35. Mina partlayışı nəticəsində həlak olan Əhmədov Yasin Ələsgər
oğlunun ailə üzvü Əhmədov Ələsgər Əziz oğlu;

36. Minadan zərərçəkən İsmayılov Polad Alış oğlu;

37. Minadan zərərçəkən Məmmədov Azər Əhməd oğlu;

38. Minadan zərərçəkən Əlizadə Həsənəli Şahin oğlu;

39. Mina hadisəsi nəticəsində həlak olmuş Yaqubov Fəxrəddin
Yaqub oğlunun ailə üzvü Yaqubov Elşən Yaqub oğlu;

40. Mina hadisəsi nəticəsində həlak olmuş Qəhrəmanov Üzeyir
Xəlil oğlunun ailə üzvü Qəhrəmanov Məhəmməd Xəlil oğlu;

41. Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Şakir Məhərrəm
oğlunun ailə üzvü Hacıyeva Şəbnəm Şakir qızı;

42. Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Firuddin
Məhərrəm oğlunun ailə üzvü Qədimzadə Tural Firuddin oğlu;

43. Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Zülfüqar
Adışirin oğlunun ailə üzvü Hüseynov Adışirin Zülfüqar oğlu;

44. Mina hadisəsi nəticəsində həlak olmuş Adilzadə Zibeydə Şakir
qızının ailə üzvü Səfərov Samir Məhərrəm oğlu;

45. Minadan zərərçəkən Əhmədov Toğrul Vilayət oğlu;

46. Minadan zərərçəkən Əhmədov Orxan Kamil oğlu;

47. Mina hadisəsi nəticəsində həlak olmuş Babayev Zabil Qabil
oğlunun ailə üzvü Babayev Fədakar Qabil oğlu;

48. Minadan zərərçəkən Ələkbərov Elgün Mahmud oğlu;

49. Minadan zərərçəkən Mirzəyev Elməddin Tofiq oğlu;

50. Mina hadisəsi nəticəsində həlak olmuş İmanov Bəhruz Telman
oğlunun ailə üzvü İmanov Azad Telman oğlu;

51. Minadan zərərçəkən Muxtarov Azad Aydın oğlu;

52. Mina hadisəsi nəticəsində həlak olmuş Quliyev Mehman
Allahverdi oğlunun ailə üzvü Quliyev Şahin Allahverdi oğlu;

53. Mina partlayışı nəticəsində həlak olmuş Ələsgərov Müstəqim
Allahverən oğlunun ailə üzvü Ələsgərov Şaiq Müstəqim oğlu;

54. Minadan zərərçəkən Ağalarov Əli Əlibaba oğlu;

55. Minadan zərərçəkən Əzimzadə Hafiz Səlim oğlu;

56. Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Bayram və
Hüseynov Razinin, o cümlədən xəsarət almış Hüseynov Anarın atası,
minadan zərərçəkən Hüseynov Akif Muxtar oğlu;

57. Minadan zərərçəkən Məmmədov Emin Həsən oğlu;

58. Minadan zərərçəkən Quliyev Arif Sabir oğlu;

59. Mina hadisəsi nəticəsində həlak olmuş Abışov Sirac Abış
oğlunun ailə üzvü Səmədov Şirzad Abış oğlu;

60. Mina hadisəsi nəticəsində həlak olmuş İbrahimov Məhərrəm Əli
oğlunun ailə üzvü İbrahimov Əsgər Əli oğlu;

61. Minadan zərərçəkən Aslanov Xanlar Fazil oğlu;

62. Mina hadisəsi nəticəsində həlak olmuş Həmidov Elsəvər Sovet
oğlunun ailə üzvü Həmidov Faiq Sovet oğlu;

63. Minadan zərərçəkən Əbilov Mahir Ramiz oğlu;

64. Mina hadisəsi nəticəsində həlak olmuş Qəndiyev Vüsal
Firuddin oğlunun ailə üzvü Qəndiyev Firuddin İsmayıl oğlu;

65. Minadan zərərçəkən Vəliyev Ruhin Sultan oğlu;

66. Minadan zərərçəkən Cabbarov Nicat Novruz oğlu;

67. Minadan zərərçəkən Pənahov Rodik Şəmsəddin oğlu;

68. Minadan zərərçəkən Əliyarov Sadir Heydər oğlu;

69. Minadan zərərçəkən Əsgərov Elnur Asif oğlu;

70. Mina hadisəsi nəticəsində həlak olmuş Alışov Oktay Bayram
oğlunun ailə üzvü Alışov Nəsib Oktay oğlu;

71. Mina hadisəsi nəticəsində həlak olmuş Mahmudov Bəxtiyar
Mahmud oğlunun ailə üzvü Mahmudov Şəhriyar Mahmud oğlu;

72. Minadan zərərçəkən Qurbanov Abdulla Novruz oğlu;

73. Minadan zərərçəkən Novruzov Ruhin Ələddin oğlu;

74. Minadan zərərçəkən Cəfərova Tamam Aslan qızı;

75. Minadan zərərçəkən Babaşov Xəzər Tarıyel oğlu;

76. Minadan zərərçəkən Ələsgərov Abdulla Həmid oğlu;

77. Minadan zərərçəkən Əsgərov Məsim Həsən oğlu;

78. Minadan zərərçəkən Əliyev Sahib İsa oğlu;

79. Minadan zərərçəkən Sadıxov Samir Sabiroviçin ailə üzvü
Sadıxov Eldar Sabiroviç;

80. Minadan zərərçəkən Quliyev Fərhad Hüseynağa oğlunun ailə
üzvü Quliyev Famil Hüseynağa oğlu;

81. Minadan zərərçəkən Həsənov Zaməddin Qələndər oğlu;

82. Minadan zərərçəkən Əbilov Famil İlyas oğlunun ailə üzvü
Əbilov Amil İlyas oğlu;

83. Minadan zərərçəkən Nurəliyev Elçin Xanbala oğlunun ailə üzvü
Nurəliyev Əhmədağa Xanbala oğlu;

84. Minadan zərərçəkən Verdiyev Niyaməddin Hikmət oğlu;

85. Minadan zərərçəkən Hüseynov Asif Novruz oğlunun ailə üzvü
Hüseynov Vüsal Asif oğlu;

86. Minadan zərərçəkən Əsgərov Elnur Asif oğlu;

87. Minadan zərərçəkən Əkbərov Vaqif Sabir oğlu;

88. Minadan zərərçəkən Abbasov Bəxtiyar Yaqub oğlu;

89. Minadan zərərçəkən Cabbarov Nicat Novruz oğlu;

90. Minadan zərərçəkən Ağalarov Əli Əlibaba oğlu;

91. Minadan zərərçəkən Həsənov Nizaməddin Qələndər oğlu;

92. Minadan zərərçəkən Qarayev Şahin Qədir oğlu;

93. Minadan zərərçəkən Əhmədov Asif Ələsgər oğlu;

94. Minadan zərərçəkən Babayev Ramil Nazim oğlu;

95. Minadan zərərçəkən Bağrov Elmir Elnur oğlu;

96. Minadan zərərçəkən Həsənov Azad Kamandar oğlu;

97. Minadan zərərçəkən Əlizadə Samir Buruz oğlu;

98. Minadan zərərçəkən Ağayev Bəxtiyar Hətəm oğlu;

99. Minadan zərərçəkən Məmmədov Mahir Əfran oğlu;

100. Minadan zərərçəkən Əliyev Qara Əli oğlu;

101. Minadan zərərçəkən Bayramov Elvin Zahir oğlu;

102. Minadan zərərçəkən Hüseynov Asif Novruz oğlu;

103. Minadan zərərçəkən Bayramov Rafayıl Köçəri oğlu;

104. Minadan zərərçəkən Verdiyev Niyaməddin Hikmət oğlu;

105. Minadan zərərçəkən Quliyeva Nabat Mikayıl qızı;

106. Minadan zərərçəkən Yusifov Elmir İslam oğlu;

107. Minadan zərərçəkən İdrisov Əhməd Şöhrət oğlu;

108. Minadan zərərçəkən Məmmədov Vüqar Maqsud oğlu;

109. Minadan zərərçəkən Hüseynov Qılman Hidayət oğlu;

110. Minadan zərərçəkən Nəcəfov Pərviz Sozalı oğlu;

111. Minadan zərərçəkən Balakişiyev Tofiq Hacımirzə oğlu.