Advertisement

Parisdə Ukrayna sammiti martın 27-də baş tutacaq

Martın 27-də Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin görüşü baş tutacaq.

APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günü başa çatdıqdan sonra jurnalistlərə deyib.

“Gələn cümə axşamı Parisdə Ukraynaya kömək etmək istəyənlərin sammitini keçirəcəyik”, – Makron qeyd edib.