
Bakı. Trend:
Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni
Sassu-Nqessonu COP29 tədbirində iştiraka dəvət edib.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev konqolu
həmkarı ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan COP29-un prezidenti
kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli
formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki,
məqsədəmüvafiq ola bilər”.





























