
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 4-də
ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni
Sassu-Nqesso ilə görüşüb.
Trend xəbər verir ki, görüşdə Azərbaycanın Afrika dövlətləri ilə
əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Ölkəmizin
Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində
Konqo ilə əməkdaşlıq etdiyi vurğulanıb.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Covid-19
pandemiyası ilə bağlı çağırışlara vaxtında və adekvat cavab
verilməsi, Qoşulmama Hərəkatının təsisatlanması, həmçinin bir çox
digər istiqamətlərdə səy göstərdiyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan ilə Konqo arasında iqtisadi-ticari, neft
sənayesi, ətraf mühit, kənd təsərrüfatı, təhsil və digər sahələrdə
əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Eyni zamanda səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin
icrası ilə bağlı məsələlər müzakirə olunub.



























