Advertisement

Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir

Bakı. Trend:

Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə mobil operator
2023-cü ilidə də abunəçilərə daha çevik müştəri təcrübəsi imkanları
yaratmaq məqsədilə bır sıra yeni məhsul və həllər təqdim edib.
Vətəndaşlar, sahibkarlar
və dövlət qurumlarının əməkdaşları üçün fiziki SIM kart tələb
etməyən eSIM “Asan İmza” xidməti istifadəyə
verilib.
Azərbaycan
telekommunikasiyasında ilk dəfə tətbiq olunan eSIM “Asan İmza” yeni
nəsil SIM texnologiyasını və əl imzasına bərabər tutulan “Asan
İmza” mobil elektron imzanı özündə birləşdirir
.

Süni zəkaya inteqrasiya edən dövrdə mobil operator ölkədə ilk
dəfə Azərbaycan dilində bot tərtib edərək təkmilləşdirilmiş Virtual
Assistent xidmətini müştərilərin istifadəsinə verib.

Azercell nömrəsi əldə etmək istəyən müştərilərə faizsiz
hissə-hissə ödəmə imkanı yaradan Taksit layihəsi
təqdim olunub.

Lider mobil operatorun abunəçiləri artıq 160 ölkədə 390-dən çox
şəbəkəni əhatə etməklə yenilənmiş rouminq
xidmətindən yaralana bilirlər. 2023-cü ildə əcnəbi vətəndaşlar və
ölkəmizin qonaqları üçün xüsusi “Turist” tarifləri
də təklif olunub.

Müştərilərinə operativ və keyfiyyətli şəkildə xidmət göstərməyi
hədəfləyən Azercell-in Əlaqə Mərkəzi 2023-cü il ərzində ümumilikdə
3 milyona yaxın zəng qəbul edib. Ötən il ərzində
şirkətə onlayn kanallar üzərindən 1,5 milyona
yaxın
müraciət daxil olub ki, onlardan təxminən
440 mini sosial şəbəkələrdən ünvanlandırılıb.
Sadalanan tədbirlərin nəticəsi olaraq 2023-cü il ərzində
Azercell-in Əlaqə Mərkəzinin Müştəri Məmnuniyyəti indeksi
94,9%-ə çatıb.

Hesabat ilində şirkətin Bakı və Bölgə müştəri xidmətləri
ofislərində, həmçinin Mobil Müştəri Xidmətləri (MMX) tərəfindən
ümumilikdə 850 mindən çox abunəçiyə xidmət
göstərilib.

Ölkədə biznes ekosisteminin inkişafına dəstək verən mobil
operator 2023-cü ildə 40 mindən artıq hüquqi şəxsə
xidmət göstərib. Azercell Biznes-in korporativ abunəçiləri üçün
təqdim etdiyi eksklüziv xidmətlər nəticəsində internet
istifadəçilərinin sayında 26%-dən çox artım əldə
olunub, aktiv istifadəçi sayı isə 600 mini
ötüb.

Müasir texnologiyaların tətbiqi ilə ölkədə kənd təsərrüfatının
inkişafına töhfə verən Azercell Biznes 2023-cü ildə Əşyaların
İnterneti (IoT) tipli “Suvarmaya nəzarət sistemi”
həllini təqdim edib. İnnovativ həll avtomatlaşdırılmış idarəetmə
proseslərindən faydalanaraq daha çox məhsulun hasilatına və ən
əsası, su resurslarından səmərəli istifadə istiqamətində effektiv
nəzarətə şərait yaradacaq.

Lider mobil operator biznes tərəfdaşlarının işgüzar fəaliyyətini
daha səmərəli şəkildə təşkil etməyə dəstək məqsədilə innovativ
“Azercell Biznes” tətbiqi və veb platformasını
istifadəyə verib.

Azercell xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı
ilə keçirilən “Critical Infrastructure Defence Challenge
2023”
(CIDC-2023) müsabiqəsində
vitse-çempion olaraq ölkədə kibertəhlükəsizlik
sahəsində üçlüyə daxil olub.

2023-cü ildə
Azercell-in ölkənin lider mobil operatoru kimi mövqeyini daha da
gücləndirəcək, abunəçilərə yeni xidmətlər və daha geniş bağlantı
imkanları üçün zəmin yaradacaq
telekommunikasiya nəhəngi
“e&International”-la strateji tərəfdaşlıq
qurulub.

“Azercell Telekom”
Azərbaycanda ilk dəfə olaraq dünyanın aparıcı Big Data həlli
təminatçısı “Cloudera” şirkəti ilə əməkdaşlığa
başlayıb
. Lider mobil operator yüksək hədəflərə çatmaq üçün
məlumat arxitekturasını yeniləyərək “Cloudera” Məlumat Platforması
ilə biznes proseslərini 5 dəfə sürətləndirib.

2023-cü ildə ölkənin aparıcı mobil operatorunun Müştəri
Məmnuniyyəti Sistemi üzrə beynəlxalq ISO
10002:2018
sertifikatına uyğunluğu növbəti dəfə təsdiq
edilib. Həmçinin, “Azercell Telekom” MMC ISO
37001:2016
“Antikorrupsiya idarəetmə sistemi” standartları
üzrə sertifikatını uğurla yeniləyib. Müştəri Xidmətləri sahəsində
beynəlxalq standartlara uyğun fəaliyyət göstərən Azercell ötən il
ISO
18295-1:2017
: Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində
uyğunluq”
sertifikatına da layiq görülüb.

2023-cü ildə Azercell dünya işgüzar aləmində ən nüfuzlu
mükafatlardan birinə layiq görülərək “STEVIE”
beynəlxalq biznes mükafatları tərəfindən “İlin ən innovativ texnoloji
şirkəti”
seçilib.