Advertisement

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün yol tikintisinə başlanıldı (FOTO)

Bakı. Trend:

Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə start
verilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması
və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni
Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km-dir.

Yeni avtomobil yolu altı hərəkət zolağından ibarət olacaq. Yol
başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı
qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq.

Qeyd edək ki, yol başlanğıcını Böyükşor gölündən götürməklə
Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə
qədər uzanacaq.