
Ağ Evin Səudiyyə Ərəbistanındakı danışıqlarda əldə olunan razılaşmaları dərc etdiyi gündən bəri Ukrayna və Rusiya bir-birinin enerji obyektlərinə zərbə endirməyib.
APA xəbər verir ki, bu barədə yüksək vəzifəli Kiyev rəsmisi AFP-yə deyib.
“Biz Rusiyanın enerji sektoruna birbaşa zərbələr endirdiyini görmədik, ona görə də onlara zərbə endirmədik”, – Kiyev rəsmisi qeyd edib.



























