
Bakı. Trend:
Azərbaycan və Pakistan arasında ikitərəfli ticarət həqiqi
potensialına qədər genişləndirilməlidir.
Trend
Pakistanın Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu barədə
Pakistanın federal ticarət naziri Camal Kamal Xan Azərbaycanın
Pakistandakı səfiri Xəzər Fərhadovla görüşündə deyib.
“Pakistan və Azərbaycan arasında tarixi, siyasi və iqtisadi
əlaqələrdən danışan nazir Camal Kamal ikitərəfli ticarətin
ticarətlə əlaqəli məsələləri həll etmək yolu ilə həqiqi
potensialına çatdırmağın əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib
ki, Azərbaycana ixrac 2021-2022-ci illərdəki 9,70 milyon ABŞ
dollarından 2022-2023-cü illərdə 12,08 milyon dollara çatıb.
Həmçinin idxalda ilk növbədə gübrələrinn hesabına əhəmiyyətli artım
müşahidə olunub”, – deyə nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, hər iki ölkə Preferensial Ticarət Sazişi üzrə
aktiv şəkildə danışıqlar aparırlar və saziş üzrə layihələr artıq
işlənilib hazırlanıb.
Xəzər Fərhadov öz növbəsində ikitərəfli əlaqələrin
möhkəmləndirilməsi və Türkiyə ilə üçtərəfli əməkdaşlığın inkişafı
üçün yüksək səviyyədə səfərlərin əhəmiyyətini vurğulayıb.
Səfir Azərbaycandan Pakistana maye təbii qaz (MTQ) tədarükünün
bərpasını və xüsusən energetika və informasiya texnologiyaları
sahəsində potensial qarşılıqlı investisiyaları vurğulayıb.
“Diqqətəlayiq faktdır ki, Azərbaycan Pakistandan idxal olunan
düyünü 2027-ci ilədək idxal gömrük rüsumundan azad edib ki, bu da
xoş məram jestidir. Nazir Camal Kamal Pakistanın kommersiya və
iqtisadi əlaqələrin möhkəmlənməsinə sadiqliyini təsdiqləyərək,
ticarətin həciminin artırılması və biznes üçün yeni imkanların
yaradılması üçün insanlar arasında təmasların və Preferensial
Ticarət Sazişinin imzalanmasının əhəmiyyətini vurğulayıb”, – deyə
nazirlikdən bildiriblər.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)























