
Bakı. Trend:
Rusiyanın Sankt-Peterburq şəhərində elektrik yarımstansiyasında
partlayış olub, nəticədə 12 min sakinin işıqsız qalıb.
Trend bu
barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, hadisə ötən gecə baş verib. Belə ki, yerli
sakinlər iki güclü partlayış səsi eşitdikdən sonra Sakt-Peterburq
şəhərinin Krasnoqvardeysk rayonu qaranlığa qərq olub.
Hadisə yerinə polis və xüsusi xidmət orqanlarının əməkdaşları
göndərilib. Elektrik yarımstansiyasında diversiya izləri
aşkarlanıb. Belə ki, iki transformator zədələnib, onlardan birini
bərpa etmək mümkün olmayıb.
İstintaq orqanları tərəfindən hadisə ilə bağlı “diversiya”
maddəsi ilə cinayət işi açılıb. Hazırda cinayətlə əlaqəli şəxslər
axtarılır.





























