Advertisement

“Crocus”dakı terror aktı ilə bağlı daha üç nəfər saxlanıldı (VİDEO)

Bakı. Trend:

“Crocus City Hall”dakı terror aktı ilə bağlı daha 3 nəfər
saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik
Xidməti məlumat yayıb.

Bildirilib ki, biri Rusiya vətəndaşı, digərləri isə əcnəbi
vətəndaş olmaqla, 3 nəfər Moskva, Yekaterinburq və Omskda
saxlanılıb.

Qeyd olunub ki, saxlanılan şəxslərdən ikisi terrorçuların
istifadə etdiyi silah və nəqliyyat vasitəsi üçün pul köçürüb,
digəri isə əlbirlərin cəlb olunması və terror aktını törədənlərin
maliyyələşdirilməsi ilə məşğul olub.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin
Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan
naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun
konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr
Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City
Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o
cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün
tədbirlər yekunlaşıb.

“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə
ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham
olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin
Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına
yerləşdirilib.